Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Xirosimanın son şahidi danışır - Foto

Yaponiyanın Xirosimo şəhəri 1945-ci il 6 avqust səhərini tamam başqa açdı. Saat 08.15-də bu şəhərə atılan atom bombası insanlıq tarixinə ən böyük faciə kimi düşdü. ABŞ-a aid B29 bombardman uçağı 9600 metr yüksəkliyində 50 kiloqramlıq atom bombasını şəhərin mərkəzinə atdı. Bomba atıldıqdan sonra şəhərdə 4 min dərəcə istilik olub, havadan kül yağıb və 140 min insan həyatını itirib.

Türkiyənin “Xəbərtürk” qəzetinin Xirosimo şəhərində olan müxbiri bu hadisənin şahidi olanları danışdırıb. 78 yaşlı Mieko Okada bu sözləri dilə gətirib:

“Partlayışdan bir az əvvəl bir təyyarə gördüm, ona əl elədim. Sonra bir anda göy üzü alov topuna döndü. O anda inanılmaz isti, səs və işıq hiss etdik. Qardaşlarımla qaçdıq. Anam evdəydi, o, bayıra çıxanda üzü və başı qan içində idi.

Anam və mən həmin saatda məktəbdə olan 12 yaşlı bacımı axtarmağa getdik. Amma onu heç bir zaman tapa bilmədik.

Biz sağ qaldıq, amma qardaşlarımın dərisi ömürlərinin sonuna qədər qara ləkə ilə qaldı. Mənimsə saçların töküldü. Uzun müddət xərçəng xəstəliyindən müalicə olundum. Sonra dünyaya gətirdiyim qızım da bu xəstəliyə tutuldu.

Ömrümüzün sonuna qədər bu acı ilə yaşayacağıq”.

/axar/

1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat