Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Nyu-Yorkda müsəlmanların izlənilməsini nəzərdə tutan proqramın icrası dayandırılıb

Nyu-York şəhərinin polis departamenti cəmiyyətdə kəskin polemikaya səbəb olmuş müsəlman icmalarının nümayəndələrinin izlənilməsini nəzərdə tutan proqramın icrasını dayandırıb.

“BBC”nin verdiyi xəbərə görə, qeyd olunan proqram çərçivəsində polisin xüsusi xidmət qurumunun mülki geyimdə olan əməkdaşları müsəlmanların danışıqlarını və daim toplaşdıqları yerləri qeydə alırdılar.

Bu addımlar hüquq müdafiəçiləri tərəfindən kəskin tənqidə və çoxlu sayda məhkəmə çəkişmələrinə səbəb olub./apa/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber