Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Xüsusi əməliyyat: 4 ölü, 3 yaralı

Mahaçqalada xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb, 3 xüsusi təyinatlı yaralanıb

Dağıstanın paytaxtı Mahaçqalada keçirilmiş xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb. Bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir.

Ötən gün xüsusi təyinatlılar Mahaçqalanın Leninski rayonunda yerləşən “Palmira” bağlar massivində silahlıların olduğu fərdi evi mühasirəyə alıb. Bundan əvvəl atışma zamanı 5 silahlının öldürüldüyü bildirilirdi.

Xüsusi təyinatlılar mühasirəyə alınmış evdən 2 uşaq və ev sahibinin yoldaşını çıxarmağa müvəffəq olub. Döyüş zamanı bir xüsusi təyinatlı yaralanıb, 2-si isə yanıq xəsarətləri alıb.

Əməliyyat-istintaq tədbirlərinin səhər saatlarında davam etdiriləcəyi vurğulanır./apa/
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP