Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

#azadet facebook və twitteri bürüdü

AXCP Gənclər Komitəsinin aprelin 14-dən başlatdığı #azadet kampaniyası davam edir. Facebook və Twitter sosial şəbəkələrində yüzlərlə gəncin çağırışları yayılıb. Çağırışlarda siyasi məhbusların azadlığı tələb olunur. Azərbaycan hakimiyyətinə və beynalxalq təşkilatlara siyasi məhbusların azadlığa buraxılması üçün müxtəlif statuslar və "tvit"lər paylaşılıb. Sosial şəbəkə istifadəçisi kampaniyanı fərqləndirmək üçün Amnesty İnternattional təşkilatının loqosuna uyğun #azadet və #fredoom yazılmış profil şəkilləri facebooku sarı rəngə boyayıblar.

Artıq aprelin 14-ü axşam saatlarında Twitterin Azərbaycan bölümündə #azadet haştagı trendə çevrilib. Çağırışlarda avropalı diplomatlara, Avropa İttifaqının nümayəndələrinə, Freedom House və başqa beynəlxalq insan haqları təşkilatlarının da adları qeyd olunur./azadlıq/
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34