Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Yunanlar türkiyəli kapitanı öldürdü

Egey dənizində gərginlik: Yunanlar türkiyəli kapitanı öldürdü

Türkiyənin Bodrum limanından yola düşərək 7 suriyalı qaçağı Yunanıstana məxsus İstanköy adasına keçirmək istəyən türkiyəli kapitan Yunanıstan Sahil Təhlükəsizliyi Xidməti tərəfindən vurulub.

Atəş nəticəsində kapitan həyatını itirib.

Yunan xəbər saytlarından verilən məlumatlara görə, kapitan 7 suriyalıyla birlikdə adaya yaxınlaşmağa çalışıb. Sahil təhlükəsizlik əməkdaşlarının xəbərdarlıq atəşinə məhəl qoymayan kapitan ikinci atəş nəticəsində həyatını itirib.

Suriyalı qaçaqlar isə nəzarət altına alınıb.
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber