Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Nardaranda "Quran işığında" adlı tədbir keçrilib

Hər ayın 15-i olduğu kimi keçən gün də, Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində İmam Sahibi Zaman ağanın (ə.f) zühuruna həsr olunan "Quran işığında" adlı tədbir keçridi.

Bismillahirrəhmanirrəhim
"Həqiqətdə yalnız möminlər nicat tapdılar!"
(Muhəmməd surəsi - 1)

Aləmləri rəhmət və kərəmi ilə əhatə edən Allaha həmd və sənalar olsun ki, möminələri ilahi nurun dövrəsində cəmləşdirdi. Ötən aylarda olduğu kimi bugün də (aprel ayının 15), İmam Museyi Kazim (ə) əziz qızı xanım Rəhimə (s.ə) adına Hüseyniyyədə "Quran işığında" adlı növbəti Quran məclisi keçrildi. Bu tədbirin məqsəd və məramı möminələrin vəhdətinə rəvac vermək və Quranın insanların həyatında nə qədər önəmli və mühüm olduğunu gündəmə gətirməkdir. Bu tədbirin əsas amalı İmam Zaman (ə.f) zühurunun təcil olması və bu zühura şəraitin yaradılması üçün cəmiyyətin maarifləndirilməsidir. Buna misal olaraq Nardaran qəsəbəsində keçrilən təcvid müsabiqəsini və bu müsabiqədə möminə xanımlarımızın iştirak etməsidir.
Həmçinin mütəmadi olaraq keçrilən əhkam və əxlaq dərsləri, fiqh təlimləri buma əyani sübutdur.

Quran məclisi əhli-beytə salam və salavatlarla "Fərəc" duasının oxunması ilə başladı. Nardaranın möminə xanımları bütün dünyanın məzlum müztəsəflərini dualarla yad etdi. Bütün İslam torpaqları ilə bahəm Qarabağ torpaqlarının da azadlığı əziz və bağışlayan Allahdan iltimas edildi.

Hacı Xanımlar öz çıxışlarında mütəal Allahın Quranda bütün bəşəriyyətə verdiyi nişanların nə qədər vacib olduğunu vurğuladılar. Daha sonra Quran qarilərinin iştirakı ilə Qurani Kərimin 4-cü surəsi tilavət olundu. Bir neçə Quranda oxunması üçün cüzlər şəkilində xanımlara paylanıldı.

İmam Sahibi əz Zaman ağanın (ə.f) zühuruna həsr olunan bu məclisin bundan sonrada davamlı olaraq hər ayın 15-i keçiriləcəyi vurğulandı.

Ümidvarıq ki, İnşəAllah Allah - təala bu məclisin bərəkətini bütün xalqımıza şamil edər. İmam Zaman (ə.f) və onun əziz cəddini möminələrdən razı və zühurunu da təcil edər.

"Allahummə əccil li vəliyyikəl fərəc".

Bu ilahi tədbirin bütün ölkə səviyyəsində bir tədbir olmasını və davamının gəlməsini əziz və mehriban Allahdan arzu edirik./nardaranpiri.com/
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber