Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Ukraynada rus əsgərlərinin sayı artırıldı

"Yaşıl adamcıqlar" artıq Donetçina şəhərində də peyda olub.

Bu barədə jurnalistlərə separatçılardan azad edilmiş Kramatorsk aerodromunda Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini, Antiterror mərkəzinin rəhbəri Vasili Krutov bildirib.

"Mən Ukrayna xüsusi xidmət bölmələrinə daxil olan iki rəqəm deyəcən. İki gün öncə "yaşıl adamcıqlar" adlandırılan 150 nəfər var idi. Ötən gün isə daha 300 nəfər gəlib. Sabah nə qədər olacaq, həyat göstərəcək", - o qeyd edib.

"Yaşıl adamcıqlar" Rusiya silahlı qüvvələrinə mənsub olduğu deyilən əsgərləri adlandırırlar. Onların heç birində xüsusi nişan yoxdur.

"Həmin adamlar Ukrayna ərazisinə necə gəlir?" sualına isə Krutov belə cavab verib: "Peşəkarlar üçün sərhədi keçmək bizim uşaq vaxtı kinoya getməyimiz kimi bir şeydir. Burada müzakirə olunası nə var ki?"

O həmçinin bildirib ki, Ukraynada peşəkarcasına hazırlanmış, qaynar nöqtələrdə iş təcrübəsi olan xüsusi təyinatlılar var.

"Biz kifayət qədər peşəkar opponentlə üz-üzəyik. Onlar kifayət qədər peşəkar davranırlar. Hazırlıq səviyyələri, taktiki bilikləri və təcrübələri yüksək səviyyədədir. Bu adamlar artıq bir neçə qaynar nöqtələrdə olublar", - Krutov əlavə edib.

Hakimiyyətin desentralizasiyası vacibdir

Bu arada, Avropadan Ukraynaya hakimiyyətin desentralizasiyası ilə bağlı təklif gəlib. Ukraynanın xarici işlər naziri vəzifələrinin müvəqqəti icraçısı Andrey Deşitse ilə görüş zamanı Venesiya komissiyasının nümayəndə heyətinin üzvləri ölkədə hakimiyyətin desentralizasiyasının vacibliyini qeyd ediblər. O cümlədən, yerli regional idarəetmə orqanlarında islahatlar aparılmasının vacibliyi qeyd olunub.

Deşitse isə öz növbəsində Ukrayna konstitusiyasına dəyişikliklər edilməsində Venesiya komissiyasının iştirakının vacib olduğunu deyib.

BMT yardım edə bilmir

Ukraynaya sülhməramlıların göndərilməsi hazırda mümkünsüzdür. Bu barədə isə BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının vəzifələrini müvəqqəti icra edən Aleksandr Turçinov Pan Gi Munla telefon danışığında ölkənin şərqinə BMT-nin sülhməramlılarının yeridilməsini xahiş etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirmişdi ki, "Ukraynanın bu təklifi heç bir məntiqə sığmır".

"Hazırda qoşun göndərilməsi, mənim fikrimcə, yolverilməzdir", - Pan Gi Mun Meksikanın "Reforma" qəzetinə müsahibəsində bildirib.

O xatırladıb ki, "Mavi dəbilqəliləri" regiona göndərmək üçün BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır.

"Təhlükəsizlik Şurasının dəqiq mandatı olmadan bu cür tədbirlər görə bilmərəm", - baş katib vurğulayıb.

Qeyd edək ki, Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqansk şəhərlərində federallaşma tərəfdarları mart ayından etibarən aksiyalar keçirirlər. Sonradan aksiyalar Donetsk vilayətinin digər şəhərlərinə də yayılıb.

Ukrayna hökuməti ordunun da cəlb olunması ilə etirazçılara qarşı xüsusi əməliyyat keçirib. Ən çox müqavimət isə Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərində olub./milliaz/
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26