Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Azərbaycan qanunla yox, qaydalarla idarə olunur

Ekspert Pərviz Həşimliyə verilən işgəncələrə münasibət bildirdi

Beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəmə prosesi davam edir. Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən məruz qaldığı zorakılıqlardan danışıb.

O bildirib ki, səkkiz aydan çoxdur ki, MTN təcridxanasında təkadamlıq kamerada işgəncə altında saxlanılır, valideynləri ilə görüşə icazə verilmir, həftədə iki dəfə telefon danışığı hüququ olsa da, bu hüququndan istifadə edə bilmir: “Məni prokurorun yanında MTN əməkdaşları döyüblər, başıma torba keçirib saatlarla saxlayıblar. Bunlar işgəncə deyilmi?”- deyə Pərviz Həşimli hakimə müraciət edib. Daha sonra hakim Pərviz Həşimliyə MTN əməkdaşları haqqında danışmağı qadağan edib.

Bugünə qədər saxlanılan şəxslərə işgəncə verilməsi halları ilə çox rastlaşmışıq və bu barədə mətbuatda geniş məlumatlar verilib. Ancaq prokurorun yanında təqsirləndirilən şəxsin döyülməsi və MTN-dən danışmağın qadağan edilməsi daha acınacaqlı reallıqdan xəbər verir.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycan qaydalarla idarə olunur və hakimlər də MTN-dən qorxurlar: “Əvvəla hakimin MTN işçilərindən danışmağı qadağan etməsi savadsızlıq və biabırçılıqdır. Hakimin belə bir səlahiyyəti yoxdur. Azərbaycanın tərəfdaş çıxdığı bütün beynəlxalq Kanvensiyalara görə, məhkəmədə işgəncələrlə bağlı səslənən fikirlərə dərhal reaksiya verilməli və hakim bu faktların araşdırılasını təmin etməlidir. Ancaq Azərbaycan reallığında hakimlər MTN-nin adını eşidəndə dizləri əsir. Normal dövlətlərdə belə hakimlərin fəaliyyətinə dərhal xitam verilər və məsuliyyətə cəlb olunardı. Prokurorun yanında təqsirləndirilən şəxsin döyülməsi də ölkəmizin reallığıdır. Normal ölkələrdə həmin prokuror və MTN əməkdaşları məhkəməyə gətirilir. Azərbaycan qanunlarla yox, qaydalarla idarə olunur. Təəssüf ki, belə hallar tez-tez baş verir və biz buna susaraq cavab veririk”.

Xatırladaq ki, Pərviz Həşimli ötən ilin sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1 maddələri ilə ittiham irəli sürülüb./azadlıq/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı