Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Ukraynanın BTR-inə Rusiya bayrağı taxıldı

Hökumətin Kramatorska göndərdiyi ordu qeyri-nizami ordunun tərəfinə keçdilər

Dünya Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinovun ötən gün elan etdiyi antiterror əməliyyatının qarşısı alındı.Ukrayna hökumətinin Kramatorska göndərdiyi döyüş texnikasının altı BTR-i heyəti ilə birlikdə nizamsız ordunun tərəfinə keçib.

Slavyanskidə vağzalın yanındakı meydanda olan BTR-lər insan kütləsini qarşısını almaq əvəzinə, onlarla həmrəy olub. Öndə gedən BTR-ə isə Rusiya bayrağı asılıb. "Rus xəbər xidməti" sözügedən BTR-lərin Dnepropetrovski aeromobil briqadasını təmsil etdikləri bildirilir.

Yerli sakinlər əsgər daşıyan altı maşından ibarət karvanın qarşısını kəsib. Həmçinin bəlli olub ki, daha bir silahlı karvan qərbdən Kramatorska doğru irəliləyir. Ən azı 20 maşının daxil olduğu karvan tarlalarla hərəkət edir.

Bundan bir neçə saat sonra Kramatorsk aerodromu bölgəsində atəş və bir neçə partlayış səsləri eşidildiyi barədə məlumatlar daxil olmağa başlayıb. “Ukrainskaya pravda” avtomatlarla silahlanmış hərbi təchizatlı naməlum şəxslər Kramatorskda aerodroma hücuma cəhd etdiklərini yazıb. Lakin Ukrayna qoşunları tərəfindən onların həmləsi dəf edilib./ans/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14
Bakıda D