Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər

Rusiya ölkə banklarına sanksiyalar tətbiq etdiyi üçün ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırılması imkanını öyrənir.

İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Dövlət Dumasında bildirib.

O, qeyd edib: "ÜTT bizə əlavə imkanlar verir ki, indi biz Cenevrədə Ümumdünya Ticarət Təşkilatının sammitində onların Rusiya banklarına tətbiq etdikləri sanksiyalara görə ABŞ-a qarşı iddia qaldırılması imkanlarını müzakirə edək".

Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Aİ RF-yə qarşı bir sıra fərdi sanksiyalar tətbiq ediblər. Rusiyalı məmurlarla yanaşı, sanksiyalar siyahısına iş adamı Yuri Kovalçuk, eləcə də onun şəriki olduğu "Rusiya" bankı da düşüb.
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...