Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

NATO gəmilərini Rusiyanın ətrafına yığır

"Təyyarələr hava məkanını daha çox patrul reydləri edəcək, müttəfiq gəmiləri Balik dənizinə, Aralıq dənizinin şərqinə və tələb olunan hər yerə yönəldiləcək”

NATO Ukraynadakı vəziyyətlə bağlı Avropanın şərqində hava patrulunu gücləndirmək, gəmilərini Baltik dənizinə və Aralıq dənizinin şərqinə yönəltmək qərarına gəlib.

Bu barədə jurnalistlərə Brüsseldə Şimali Atlantika Alyansı Şurasının 28 üzv ölkəsinin səfirlər səviyyəsində iclasından sonra NATO baş katibi Anders Foq Rasmussen bildirib.

“Havada daha çox təyyarə, suda daha çox gəmi və quruda daha çox hazırlıq olacaq. Belə ki, təyyarələr hava məkanını daha çox patrul reydləri edəcək, müttəfiq gəmiləri Balik dənizinə, Aralıq dənizinin şərqinə və tələb olunan hər yerə yönəldiləcək”, - deyə Rasmussen vurğulayıb.

Onun sözlərinə görə, tədbirlər “dərhal” görüləcək. “Praktiki məsələlərdən asılı olaraq, bu, bir neçə gün ərzində deməkdir”, - deyə o vurğulayıb./ans/
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17