Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

İran rəsmisi Qərbin narahatlığına cavab verdi

"İranın raket gücü yalnız bizi maraqlandırar, bu mövzuya heç kimin müdaxiləsinə imkan vermərik"
İran Müdafiə Naziri Hüseyn Dehqan İran raketlərinin heç bir zaman müzakirə mövzusu olmayacağını söyləyib.
İran Müdafiə Nazirliyinin rəsmi internet saytında verilən açıqlamaya görə Dehqan Qərb mediasında yayımlanan - "İranın raket məsələsi 5 +1 müzakirələrində edilməlidir" xəbərləriylə əlaqədar suala "İranın raket gücü yalnız bizi maraqlandırar, bu mövzuya heç kimin müdaxiləsinə imkan vermərik" cavabını verib.
Raket mövzusunun heç bir şərtdə müzakirə edilə bilməyəcəyini ifadə edən Dehqan, bunları qeyd etdi:
"Onlar ( Qərblilər ), İranın bu raketlərini nüvə mövzusu olaraq gündəmə gətirmək fikrindədirlər. Nüvə silahların insanları topluca öldürməsi naziriliyimizin prinsiplərinə uyğun gəlmədiyi kimi, bu mövzuda Böyük Rəhbərin də nüvə silahların istifadə edilməsinin haram olduğuna dair açıq fətvası var. Dolayısıyla bizim məqsədimiz nüvə silahına sahib olmaq deyil, bu qətiyyən qəbuledilməzdir. "
Dehqan: "Bir dəfə daha vurğulamaq istəyirəm ki , İran müdafiə silahları heç bir zaman müzakirə mövzusu olmayacaq " ifadəsini də işlədib.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP