Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

ABŞ şirkəti azərbaycanlı neftçiləri qul kimi istismar edir

Amerikanın “MсDERMOTT CASPIAN CONSTRACTORS” şirkətində çalışan azərbaycanlı əməkdaşlara kompensasiya verilmədən onların ixtisarına başlanılıb.

Bu barədə virtualaza işdən çıxarılan əməkdaşların özləri məlumat veriblər.

Onlar bildiriblər ki, ixtisardan xeyli əvvəl şirkətin rəhbərliyi onları bir aylıq əmək müqaviləsi bağlamağa məcbur edib. 2002-ci ildən sonra şirkətə işə düzəlmiş əməkdaşlara kompensasiya verilməsindən isə imtina olunub.

Redaksiyamıza müraciət edən işsiz qalmış şirkət əməkdaşları bunu xahiş ediblər: “Azərbaycanlıların ədalətsiz şəkildə qul kimi işlədildiyi bu eşşəkarısı yuvasına əncam çəkilsin”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bu məsələyə münasibət bildirib.

Hüquq müdafiəçisi virtualaz.org saytına açıqlamasında dedi ki, şirkətdə haqsızlığa məruz qalanlar Dövlət Əmək Müfəttişliyinə, eləcə də məhkəməyə müraciət etməlidir: “Biz onlara əmək müqaviləsini, yazılı ərizələrini təşkilata təqdim etmələrini tövsiyə etmişik. Məsələ ilə bağlı mütləq Dövlət Əmək Müfəttişliyinə müraciət edilməlidir. Neftçilər bizim təşkilata müraciət edəcəkləri təqdirdə məhkəmədə onların hüquqlarını müdafiə etməyə hazırıq”.
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11