Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Mariupolda silahlı insident baş verib, ölən və xəsarət alanlar var

Ukraynanın Mariupol şəhərində hərbi hissəyə hücum cəhdi olub.

Ukrinform agentliyinin verdiyi xəbərə görə, naməlum şəxslər Daxili Qoşunların 3057 saylı hərbi hissəsinə hücum edərək silah tələb ediblər.

Yerli mənbələr atışma nəticəsində 1 nəfərin öldüyünü, 12 nəfərin xəsarət aldığını bildirirlər, onlardan 2 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yaxınlıqdakı yaşayış binasına ziyan dəyib, sakinlər evlərini tərk ediblər.

UNİAN agentliyinin məlumatına görə, hücum dəf edilib, hücumda iştirak edən bir neçə nəfər saxlanılıb.
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber