Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Yaddaşı zəif olanlar oxusun

Ürək-damar xəstəlikləri və xərçəngdən qorunmaqda çox böyük təsiri olduğu qeyd olunan yaşıl çay, həmçinin, beynin funksiyalarını da gücləndirir

Yaşıl çay artıq çəkidən azad etməklə yanaşı, həm də beyin fəaliyyətlərini gücləndirir. Araşdırmalar zamanı ən yaxşı antioksidan hesab edilən yaşıl çayın daha bir faydası da ortaya çıxıb.Yaşıl çay həm də beyin fəaliyyətlərini gücləndirir.

Ürək-damar xəstəlikləri və xərçəngdən qorunmaqda çox böyük təsiri olduğu qeyd olunan yaşıl çay, həmçinin, beynin funksiyalarını da gücləndirir.

İsveçrəli elm adamlarının araşdırması zamanı yaşıl çayın həm beyin fəaliyyətinin gücləndirilməsi, həm də yaddaş zəifliyi yaşayan insanların müalicəsində istifadə edilə biləcəyi müəyyən olunub.

Araşdırmaya qatılanlar yaşlı çay içdikdən sonra onların beyin fəaliyyətləri incələnib. Yaşıl çay içdikdən sona həmin insanların beynində parietal və ön prefrontal kortek bölümləri arasında əlaqənin gücləndiyi və bunun insanların yaddaşının güclənməsinə təsir etdiyini göstərib. Yaşıl çayın çox istifadə edilməsi ürək və xərçəng xəstəlikləri riskini azaldır.

Yaşıl çay eyni zamanda diş ətlərinə qoruyucu təsir göstərir, aşağı təzyiq, halsızlıq, yorğunluq kimi problemlərə faydalıdır.
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber