Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Ermənistana keçmək istəyən Şərur sakini gizlədilir

Sədərək gömrüyündən isə sürücülərə müdhiş qadağa qoyulub

Kəfən geyinərək Ermənistana keçmək istəyərkən saxlanılan Naxçıvan sakini Nazim Məmmədovun taleyindən hələ də xəbər yoxdur. Onun yaşadığı Şərur rayonu, Mahmud kəndində hamı bu hadisədən narahatdır. Bu barədə “Yeni Müsavat”a hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, N.Məmmədova hüquqi yardım göstərilməyib. Çünki Naxçıvanda vəkil problemi var və bu şəxsin harada saxlanması da gizlədilir. N.Məmmədovu Azərbaycan hərbçiləri saxlayıb. O, polisdən etdiyi şikayətinin cavabsız qalmasına etiraz olaraq aprelin 12-də bu addımı atıb:

“Təxminən bir il öncə Şərur Rayon Polis Şöbəsinin serjantı Nazimin həyat yoldaşını təhdid edərək ondan pul alıb. Sonra şantajla qadını görüşə çıxmağa da məcbur edib. Görüşərkən oğlu gəlib görüb və polislə mübahisə edib. Hadisəni araşdırıblar, qadın başına gələnləri danışıb.

Həmin polisdən şikayət etsələr də, baxan olmayıb. Sonra kənd yeridir, söz-söhbət yayılıb. Hər kəs bunu namus məsələsi kimi qəbul edib. Nazimin qızını boşayıblar, oğlunu boşatdırıblar. Öz ailəsi də dağılıb".

Həmin polis isə hərbi hissəyə gizir kimi göndərilib.

N.Məmmədov onun hüquq-mühafizə orqanları sistemindən kənarlaşdırılmasını gözlədiyi halda iş yerinin dəyişdirilməsinə hiddətlənib: “Bütün bunları bir hüquq müdafiəçisi kimi mənə danışırdı. Deyirdi ki, namusum əldən gedib. Deyirdi şikayətimə baxmasalar, Ermənistan tərəfə keçəcəyəm, qoy məni yolda güllələsinlər, biabırçılıqdan yaxam qurtarsın. Nazim Məmmədov sonuncu şikayətinə də cavab ala bilmədiyindən çıxış yolunu Ermənistana keçməkdə görüb. Axırıncı dəfə şikayətə gedəndə, polis rəisi demişdi ki, get, işinlə məşğul ol.

Bu da gəlib əyninə ağ kəfən geyinib, əlinə də ağ bayraq alıb Sədərəkdə Qaraburun deyilən yerdən Ermənistana keçmək istəyib. Sərhədə çatanda bizim əsgərlər tutublar. İndi Naxçıvan Muxtar Respublikası MTN-də saxlanılır. Taleyindən heç kimin xəbəri yoxdur".

Şərur Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynov “Azadlıq” radiosuna deyib ki, belə şey olmayıb, şər danışırlar. Hüquq müdafiəçisi isə bildirir ki, polisdə cavab həmişə hazırdır. Məhkəmə vətəndaşa 15 sutkalıq həbs kəsəndə belə, polis həmin şəxsin azadlıqda gəzdiyini açıqlayır.

Hələ ötən il N. Məmmədov video ttps://www.youtube.com/watch?v=İH9nivbZ20w çıxışını youtube-da yayımlamışdı. Həmin videoda o, ailəsinin qarşılaşdığı haqsızlıqdan danışaraq bildirirdi ki, şikayətinə baxılmasa, etiraz olaraq Ermənistana keçəcək.

* * *
Naxçıvanda son günlər narazılıq yaradan digər problem isə Sədərək gömrük-keçid məntəqəsində yaşanır. H.Mediyevin sözlərinə görə, gömrükdə yeni qaydalar tətbiq olunmağa başlanıb. Belə ki, İrana gedən sürücülər sərhədi keçərkən Naxçıvanda hansı yanacaqdoldurma məntəqəsindən benzin vurduqlarını qəbzdə göstərməlidirlər. Onlar yanacaqdoldurma məntəqəsindən qəbz alır, gömrükdə göstərib gedə bilirlər.
“Sürücülərin əksəriyyəti İrandan yanacaq alır. Çünki İranda yanacaq ucuzdur. Naxçıvan tərəfi də belə qayda qoyub ki, hər kəs öz yerindən benzin doldursun. Qəbzi də tələb edirlər ki, yanacağı harada doldurduqları bilinsin.

İrandan ucuz yanacaq almağın qarşısını belə alırlar. Hazırda yanacaqdoldurma məntəqələrində dizelin litri 60 qəpik yazılıb. Amma faktiki 82 qəpiyə satılır və qəbzdə də 82 qəpik yazılır. Sürücülər 50 litrdən aşağı yanacaq doldura bilməz. Bu da yeni qeyri-rəsmi qaydadır"./musavat/
1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11