Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Kürdlər Türkiyəni yeni müharibə ilə hədələyir

PKK-çılar Şimali İraqdan geri qayıtmağa hazırlaşırlar.

Bu barədə Kürdüstan Cəmiyyəti İttifaqının İcraiyyə Şurasının həmsədri Cəmil Bayık “Reuters”ə müsahibəsində bildirib. Türkiyəni islamçıların əli ilə Suriyada kürdlərə qarşı müharibəni hələ də davam etdirməkdə ittiham edən Bayık bildirib ki, məhz “buna görə PKK-nın cavab zərbəsi endirmək hüququ var”.

Bayık, həmçinin 2013-cü ilin yazından başlayan kürd probleminin həlli məsələsinə də münasibət bildirib: ”Proses artıq başa çatıb. Ya onlar kürd hərəkatı ilə danışıqlar masasına əyləşməli, ya da Türkiyəyə qarşı vətəndaş müharibəsi başlayacaq”.

Müsahibə zamanı Cəmil Bayık, həmçinin bildirib ki, problemin sülh yolu ilə həllinin qarşılığında PKK, Türkiyədən partiya lideri Abdulla Öcalanın həbsxanada saxlanma şəraitinin yaxşılaşdırılmasını, konstitusiyaya müəyyən dəyişikliklər ediləcəyinə zəmanət və prosesə müşahidəçi qismində3-cü ölkənin qoşulmasına icazə tələb edir: “Əgər Ərdoğan hökuməti bizim şərtlərimizi qəbul etməsə, yaxın günlərdə dəstəmizi yenidən Türkiyə ərazisinə qaytaracağıq. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Kürd lideri bir müddət əvvəl Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın “demokratik islahatlar” paketini “ cəfəngiyyat” adlandırıb. Onun sözlərinə görə, paketdə kürdlərin milli mədəni irsinin qorunacağına və doğma dildə təhsilə konstitusion zəmanət verilmir.

Bayıkın sözlərinə görə, “kürdlərlə imzalanmış atəşkəs heç bir məna kəsb etmir, çünki Türkiyə kürdlərə qarşı mübarizəsini Suriyada islamçı qruplaşmaların əli ilə davam etdirir”.
1878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat