Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

İordaniya ordusu Suriya müxalifətinin bir neçə hərbi texnikasını vurub

İordaniya hava qüvvələri ölkəyə girmək istəyən bir neçə hərbi texnikanı vuraraq sıradan çıxarıb. İnterAz-ın “əl-Məyadin”ə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin təhlükəsizlik mənbələri xəbər veriblər. Məlumatda bildirilib ki, Suriya müxalifətinə məxsus bir neçə hərbi texnika ölkə ərazisinə girmək istəyərkən, ölkə hava qüvvələrinin bombardmanları tərəfindən hədəfə alınıb.

Digər tərəfdən KİV-lər Suriyada gedən qarşıdurmaların son sutkada da davam etdiyini bildiriblər. “İraq-Şam İslam Dövləti” İdlib əyalətində “ən-Nusra Cəbhəsi”nin lideri və onun ailəsini qətlə yetiriblər.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu təkcə ötən gün ölkədə gedən qarşıdurmalar və hərbi əməliyyatlarda 329 nəfərin öldüyünü qeydə alıb.
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10
Döyülən tibb