Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Hökümət ordusu Hələbin Ramusiyyə rayonunu ələ keçirib

Müxalifət qruplaşmaları burada ağır itkilər verib

Hökümət ordusu Hələb və Homsda irəliləyib. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, Suriya hökümət ordusu Hələbin ər-Ramusiyyə rayonunu yenidən silahlılardan azad edib. Məlumata əsasən, müxalifət qruplaşmaları burada ağır itkilər verib.

Qarşıdurmalar Homs şəhərinin qədimi Homs rayonunda da davam edib. Burada hökümət ordusu mühasirədə saxladığı rayonları təmizləmək üçün irimiqyaslı əməliyyatlara start verib. Əməliyyatlar zamanı 36 silahlı hökümət qüvvələrinə təslim olub. Digər tərəfdən KİV-lər “ən-Nusra Cəbhəsi”nin lideri Əbu-Məhəmməd əl-Culaninin Türkiyəyə qaçdığı bildiriliblər.

Bu arada Suriya müxalifəti ölkənin Laziqiyyə əyalətində “Sahilə doğru” apardıqları hərbi əməliyyatın nəticə vermədiyini bəyan ediblər.

Hazırda Suriyada ən şiddətli qarşıdurmaların Hələbdə getdiyi qeyd edilir.
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber