Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

XXI əsr Bakısında vaqon-məktəb - Fotoreportaj

Söhbət Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ramana qəsəbəsindəki Xanlıq kənd ümumi orta təhsil məktəbindən gedir. Hazırda 87 şagirdin təhsil aldığı bu məktəb 2 vaqonda yerləşir.

Məktəbin direktoru İlahə Əsədova bildirdi ki, keçən il Nazirlər Kabinetinin əməkdaşları təhsil müəssisəsinə baxış keçirib. Baxış zamanı 220 nəfərlik yeni məktəbin tikintisinə başlanılacağı qeyd olunub. Direktorun sözlərinə görə, hazırda istilik sistemi tam qaydasında işləyir:

“Qışda problemimiz olmur. Bircə problemimiz məktəbin vaqonlardan ibarət olmasıdır. Kollektivimiz gənc kadrlardan ibarətdir. Ümid edirik ki, yaxın zamanlarda bu məsələ həll olunacaq. Qubadlı Rayon İcra Hakimiyyəti də bu problemin tez bir zamanda həll olunacağını bildirib”.

Sinif, yoxsa vaqon

Müəllimlər isə deyirlər ki, məktəb 9 illikdir. Burada şagirdlərin sayı 85-90 arası dəyişir. Əsas problem də köçkün məktəblilərin vaqonlarda dərs öyrənməyə məhkum olunmasıdır. Müəllimlər deyir ki, havalar isinəndə vaqonlarda havasızlıq yaranır, “siniflərdə” oturmaq əzaba çevrilir. Məktəbdə 18 pedaqoq çalışır.

Müəllimlərin dediyinə görə, məktəbin maddi-texniki bazası sıfıra bərabərdir:

“Günümüzün çox hissəsi burada keçir. Nə etməli? Şagirdlər də çalışır, oxuyurlar ki, hər şey yaxşı olsun. Bu, məktəb deyil. Təhsil-tədris üçün heç bir tələbə cavab vermir. Bu qəsəbədə yaşayanların məktəb tikintisinə ehtiyacı var. Məncə, 200 nəfərlik bir məktəb tikmək çətin olmaz. Biz Mehriban xanımın da köməyini gözləyirik. O, həmişə təhsil sahəsinə qarşı diqqətcildir. İndi o dövr deyil ki, vaqonlarda dərs keçəsən. İstəyirik ki, şəraitimiz yaxşılaşsın, məktəbin maddi-texniki bazası olsun, şagirdlərin yüksək təhsil almağı üçün yaxşı imkan yaransın”.


/axar/

1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı