Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Əliyevin ad gününə xərclənən milyonlara nələr eləmək olar?

Gözəl Bayramlı: «Məmurlara dəbdəbəli həyat tərzini qadağan edən şəxs özü də dəbdəbədən uzaq həyat sürməlidir»

Ilham Əliyev son vaxtlar müşavirələrdə məmurlara dəbdəbəli həyat tərzini irad tutur, onları bu cür məsələlərlə əlaqədar xəbərdar edir. Aydın məsələdir ki, Əliyev müşavirələrdən kadrların telekanallarda nümayiş olunacağını nəzərə alır və bu addım da heç şübhəsiz ki, ictimai görüntü yaratmaq məqsədi daşıyır.

Amma Nazirlər Kabinetinin iştirakı ilə bugünlərdə keçirilən son müşavirədə heç bu da olmadı. Bəlkə də dövlət başçısı qarşıdan dəbdəbənin ən bariz nümunəsi olan və Heydər Əliyevin ad gününə təsadüf edən Gül bayramı və ona sərf olunacaq milyonları nəzərə alaraq, bu haqda danışmayıb...

Ehtimal ki, Gül bayramı ilə əlaqədar hər il olduğu kimi, yenə də büdcədən və büdcədənkənar qurumlardan maliyyə məsrəfləri tələb olunacaq. Heydər Əliyevin ad gününə xaricdən miyonlarla manata gətirilən və bir günün içində məhv olan gülləri bayramın adına bağlamaq cəmiyyəti saya salmamaq deməkdir.

AXCP sədrinin müavini Gözəl Bayramlı da o fikirdədir ki, dövlət başçısının müşavirələrdə məmurlara dəbdəbəli həyat tərzilə əlaqədar irad bildirməsi görüntü xarakteri daşıyır. Çünki məmurlara dəbdəbəli həyat tərzini qadağan edən şəxsin özü də dəbdəbədən uzaq həyat sürməlidir: “Düzgün dövlətçilik təcrübəsi olmayan yerdə belə mesajlar öz dəyərini, sərtliyini itirir. Xaricdən gətirilən və bir günün içində ayaqlar altında qalan güllər dövlətin büdcəsinə milyonlarla manat ziyan vurur. Bunun hesabını soruşan yoxdur. Halbuki, həmin güllərə ayrılan vəsaitlə insanların illərlə həll olunmayan sosial problemlərini, iqtisadi çətinliklərini həll etmək, maaş və pensiyaları artırmaq olardı. Bunu isə həyata keçirmək üçün siyasi iradə lazımdır”./azadlıq/
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı