Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümidvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəst olmuşlar önündə
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri huşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü, getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım, onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22