Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Misirdəki hərbi hakimiyyət hökmən süqut edəcək

“Misirdəki hərbi inqilabı tanımıram və tökülən qanlar barədə danışıqlara getməyəcəm.”

SalamNews-un "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Misirin devrilmiş prezidenti Məhəmməd Mursi bəyan edib.

Paytaxt Qahirədə ötən gün polis akademiyasında keçirilən məhkəmədə casusluq ittihamı əsasında dindirilən sabiq lider misirliləri salamlayıb və onları hərbi hakimiyyətin hökmən süqut edəcəyinə inandırıb: “Mən misirlilərə fikrimdə olan üç “yox”u çatdırmaq istəyirəm. 1. Hərbçilərin çevrilişinə "yox" deyirəm! 2. Misir inqilabının prinsiplərindən daşınmağa "yox" deyirəm! 3. Tökülən qanlar barədə müzakirələrə getməyə "yox" deyirəm!”

Bildirək ki, dünən Qahirə məhkəmələrindən biri M.Mursi tərəfdarlarından daha 119 nəfəri icazəsiz toplantı və aksiya keçirmək ittihamları ilə üç il azadlıqdan məhrum edib.
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP