Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib

Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.

Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.

Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir./apa/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq