Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

“Ukrayna uçuruma doğru irəliləyir”

Putin: “Ukrayna uçuruma doğru irəliləyir”

"Ukraynanın şərqində rus hərbçiləri yoxdur. Bu haqda deyilənlər cəfəngiyyatdır".

Bunu canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

Ukraynanın hazırkı hakimiyyətinin ölkənin şərqində yalnız öz tərəfdarları ilə danışdığını deyən Putin konkret dialoq tərəfdarı olduğunu bildirməklə, silah olmadan, danışıqlar masasına əyləşməyin vacibliyini vurğulayıb.

Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini bildirib.

Krımla bağlı sualı cavablandıran Putin ölkəsinin bu məsələdə tutduğu mövqeyi özünəməxsus şəkildə əsaslandırmağa çalışıb: “Rusiya başqa cür edə bilməzdi”.

Ordunun Krımdakı referendumun təhlükəsizliyini təmin etməyə borclu olduğunu bildirən Rusiya prezidenti yarımadada hərbi əməliyyatın tələm-tələsik hazırlandığı, lakin yüksək peşəkarlıqla keçirildiyini vurğulayıb:

“Biz Krımda yaşayan rusdilli əhalinin taleyinə görə narahatlıq keçirirdik. Rusiya heç vaxt heç kimə təcavüz etməyib. Rusiya Ukrayna ilə əlaqələri reallıqlardan çıxış edərək qurur”.
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP