Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Vladimir Putin Bəşər Əsədə təbrik məktubu göndərib

Rusiya prezidenti Vladimir Putin Suriyanın Milli Günü və Fransa ordusunun buradan çıxmasının ildönümü münasibətilə bu ölkənin başçısı Bəşər Əsədə təbrik məktubu göndərib.

SalamNews-un SƏNA informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, Vladimir Putin məktubda bölgədə təhlükəsizliyin təmin edilməsi üçün iki ölkə əlaqələrinin dərinləşməsini istəyib.

Bildirək ki, Suriyanın baş naziri və xarici işlər naziri də rusiyalı həmkarlarından təbrik məktubları alıblar.

Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarına göndərdiyi məktubda iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələrdən məmnun olduğunu deyib və əlavə edib ki, rəsmi Moskva yalnız suriyadaxili danışıqları dəstəkləyir; xarici amillərin müdaxiləsinin əleyhinədir.
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı