Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Hökümət ordusu İdlibdə 28 əcnəbi silahlını pusquya salaraq öldürüb

Müxalifət mənbələri İdlibdə digər ərəb ölkələrindən olan 28 silahlının öldürülməsini təsdiqləyiblər

İdlib əyalətinin Mərətun-Numan rayonu ərazisində 28 əcnəbi silahlı pusquya salınaraq öldürülüblər. İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, müxalifət mənbələri İdlibdə digər ərəb ölkələrindən olan 28 silahlının öldürülməsini təsdiqləyiblər.

Məlumata əsasən, Mərətun-Numan rayonunda əl-Hamidiyyə hərbi qərargahı yaxınlığında öldürülən silahlılar Fars körfəzi hözvəsindəki və şimali Afrika ərəb ölkələrinin vətəndaşlarıdırlar.

Qeyd edək ki, Suriyada hakimiyyətə qarşı vuruşan əcnəbi silahlıların sayının artıq on minlərlə olduğu bildirilib. Statistikalara görə, “İraq-Şam İslam Dövləti” (DAİŞ) və “ən-Nusra Cəbhəsi” üzvlüyündə olan əcnəbi silahlıların sayına görə ilk yerdədirlər. “DAİŞ”dəki əcnəbi silahlıların sayı 12 min təxmin edilir.
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP