Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2014

Putin Rusiyanın NATO-dan qorxmadığını bəyan etdi

Rusiya prezidenti dövlət çevrilişi zamanı ölkədən qaçan Yanukoviçin yerində olsaydı, nə edəcəyini də söyləyib

Rusiya prezidenti Putin Rusiyanın NATO-dan qorxmadığını bəyan edib.

Birbaşa yayımla tamaşaçının sualını cavablandıran Putin, canlı yayımda Rusiyanın NATO genişlənməsindən qorxmadığını və belə bir qorxunun olmadığını bildirib.

Putin, 22 fevralda Ukraynada baş verən dövlət çevrilişi zamanı Viktor Yanukoviçin yerində olsaydı, nə edərdi sualını cavablandırıb.

İstənilən böhran vəziyyətində xalqa və dövlətə sadiq qalacağını bəyan edən Putin, fikirlərini belə əsaslandırıb: "İnsan çətin vəziyyətdə bütün həyat təcrübəsindən və dəyərlərindən çıxış edərək qərar verir. Siz bilirsiz ki, mənim ilk iş yerim xarici kəşfiyatda olub və orada bizi müəyyən edilmiş obrazda tərbiyə ediblər. Və bu tərbiyə bütünlüklə xalqa və dövlətə sadəqətlə formalaşırdı".
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42