Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Gülər Əhmədovadan Elşad Abdullayev üçün ekspertiza tələbi

«Psixoloq alim kimi, bu adamda depressiv manyakal sindromun əlamətləri olduğu qənaətinə gəlmişəm»

Bakı Apelyasiya Məhkəməsində hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın işi üzrə ilkin baxış yekunlaşıb. Dünən hakim Əflatun Qasımovun sədrliyilə hazırlıq iclasının qərarı elan olunub. Amma bundan əvvəl Gülər Əhmədova, yaydığı video ilə onun həbsinə səbəb olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin psixiatrik ekspertizadan keçirilməsi haqda vəsatət qaldırıb.

Sabiq deputat bildirib ki, Elşad Abdullayevdə depressiv manyakal sindromun əlamətləri var: “1 il 7 aydır ki, psixoloq alim kimi, Elşad Abdullayevin KIV-ə verdiyi müsahibələri diqqətlə analiz etmişəm və bu adamda depressiv manyakal sindromun əlamətləri olduğu qənaətinə gəlmişəm. Onun müsahibələrində məntiqi ardıcıllıq pozulur. Illərdir bu adam ölüm hadisələrindən danışır. Qardaşı Mahirin öldürüldüyünü deyir. Xəstəlikdən öldüyü rəsmən təsdiqlənmiş Sevinc Babayevanın öldürüldüyünü bildirir. Digər qardaşı Eldəniz iflicdir, deyir öldürüləcək. Hamıya məlum olan hadisələri qətl kimi təqdim edir. Müsahibə verərək Mətanət Isgəndərli və Gülər Əhmədovanın öldürüləcəyini gündəmə gətirir. Bu adam həm prezidentə yalvarış dolu məktublar yazır, həm də Haaqa Məhkəməsinə şikayət edir. Özünü vətənpərvər kimi təqdim edir, sonra da Brüsseldə deyir ki, Azərbaycan iqtidarında kişi yoxdur. Xahiş edirəm, Elşad Abdullayev psixiatrik ekspertizadan keçirilsin. Əgər bu, mümkün deyilsə, onun yazdıqları və müsahibələri ekspertizadan keçirilsin”.

Vəkilləri Gülər Əhmədovanın vəsatətini müdafiə etsələr də, prokuror etiraz edib.

Bundan sonra Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyətinin ilkin baxışla bağlı qərarı elan olunub. Qərara əsasən, Gülər Əhmədovanın şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılacaq. Hazırlıq iclasında qaldırılan vəsatətlərdən yalnız Gülər Əhmədovanın özü və əlavə şahidlərin dindirilməsi təmin edilib, digər bütün vəsatətlər isə rədd edilib.

Məhkəmə iclası isə aprelin 23-nə təyin olunub.
1593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı