Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

İnqilablar, sosial partlayışlar hökumətə qarşı demokratik tələblər internetdə başlayır

Leyla Yunus: “Cavanlar bu təzyiqlərə baxmayaraq vətənlərini tərk etmək haqqında düşünməməlidirlər”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib. Proses aprelin 22-də davam etdiriləcək.

Mövzu ilə bağlı fikirlərini Deyerler.org-la bölüşən hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, hakimiyyət ən çox aktiv gənclərdən çəkinir: “Onlar müşahidə edirlər ki, dünyada bütün inqilablar, sosial partlayışlar hökumətə qarşı demokratik tələblər internetdə başlayır. Bu işlərlə də ən çox gənclər məşğuldur. Bu baxımdan Çində, Şimali Koreyada "facebook" yoxdur. Azərbaycanda istəyərdi ki, bu kimi sosial şəbəkələri ləğv etsin. Amma indiki durumda bu mümkün deyil. Bu baxımdan yalnız cavanlara təzyiqlər olunmalıdır ki, onların aktivlikləri nisbətən yavaşladılsın.

Dünyanın əsas diqqət mərkəzi Ukrayna hadislərinə yönəlib. Bu baxımdan yerli hakimiyyətin əli-qolu açılıb. Onlar da bu fürsətdən çox məharətlə istifadə edirlər.

Təzyiqlər artıqca insanların etirazları da artır. Bu kimi təzyiqlərlə vətəndaşların etirazlarının qarşısını almaq mümkün olmayacaq. Amma bizim hakimiyyət düşünür ki, təzyiqlər vasitəsi ilə Belarus, Özbəkistan saxlayırsa biz də saxlaya bilərik.

Cavanlar bu təzyiqlərə baxmayaraq vətənlərini tərk etmək haqqında düşünməməlidirlər. Onlar Azərbaycanda qalıb etirazlarını davam etdirməlidirlər. Nə qədər çox etiraz olsa, bir o qədər hazırkı hökumətə təsir etmək mümkün olacaq”.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber