Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Hərbi hissədə partlayış: çox sayda əsgər yaralandı

Bədbəxt hadisə zamanı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Türkiyə Çanaqqala vilayətindəki hərbi hissələrdən birində əsgərlərin xəsarət alması ilə nəticələnən partlayış hadisəsi baş verib.

Hadisə Gelibolu rayonundakı 2-ci Korpus komandirliyi 18-ci Mexaniki Piyada briqadasında baş verib.

Məlumata görə, yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 23.30) hərbi hissədə əsgərlərin atəş təlimi vaxtı naməlum səbəblə partlayış olub.

Bədbəxt hadisə zamanı sıravi əsgər və zabitlərin olduğu 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Çanaqqalanın müxtəlif xəstəxanalarına çatdırılıblar./ans/
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber