Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Beyinin ən yaxşı işlədiyi yaş

Kanadalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, insan beyin 24 yaşda daha yaxşı işləyir. Bu yaşda beyin məntiqi baxımdan çox surətlə işləyir və insan daha asan qərar verə bilir. Simon Fraser Universitetinin professorları 24 yaşdan sonra beyinin daha az çalışdığını, lakin qısa müddət ərzində səhvlərini düzəltdiyini deyiblər. Müəyyən yaşdan sonra beyin daha dəqiq qərarlar çıxarmaq üçün asan və qısa yollara əl atır. Mütəxəssislər beyinin fəaliyyətinin nə vaxt azaldığını öyrənmək üçün 3 min 505 nəfərə kompüter oyunu oynadıblar. Nəticədə məlum olub ki, beyinin düşünmə və qərar çıxarma surəti 24 yaşdan sonra azalır. Lakin nisbətən yavaş işləyən beyinlər də vəziyyətdən çıxmaq üçün xüsusi sxemlə çalışırlar.
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber