Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Cenevrədə Ukrayna ilə bağlı razılıq əldə olunub

Rusiya, ABŞ, AB və Ukrayna XİN rəhbərləri Cenevrədə Ukraynadakı böhranın həlli istiqamətində konkret addımlara dair bəyanat qəbul ediblər.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Biz sənədi dəstəklədik. Bu 17 aprel tarixli Cenevrə bəyanatıdır. Sənəddə gərginliyin aradan qaldırılmasına və Ukraynanın bütün vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına dair ilkin konkret addımların atılmasının vacibliyi vurğulanıb”, deyə o bildirib.

Cenevrədə razılaşdırılmış sənəd Ukraynada cinayət törədən şəxslər istisna olmaqla, bütün etirazçıların əfv olunmasını nəzərdə tutur.

Ukrayna ərazisində bütün qanunsuz birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar boşaldılmalıdır.

Sənəd bölgələrin iştirakı ilə konstitusiya prosesi çərçivəsində dərhal dialoqa başlamağa çağırır.
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq