Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Qobustanda 42 yaşlı kişi rabitə qurğusuna çıxaraq intihar etmək istəyir

Qobustan rayon sakini intihar etmək üçün rabitə qurğusuna çıxıb.

FHN-in Qobustan Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün saat 14:30 radələrində Qobustan şəhər sakini, 1972-ci il təvəllüdlü Əfrayılov Əhməd Qurban oğlu rayonun mərkəzi poçt şöbəsinin yanındakı mobil rabitə şirkətlərindən birinə məxsus və hündürlüyü 58 metr olan qurğuya çıxaraq özünü aşağı atacağını bildirir. Dərhal əraziyə FHN-in xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda onun fikrindən daşındırılması üçün iş aparılır. Məlumata görə, spirtli içki qəbul edərək qurğuya çıxan Əhməd Əfrayılovun intihara cəhd etməsinin səbəbi həyat yoldaşının ondan ayrılmaq istəməsidir. İki uşaq atası olan Əhməd Əfrayılov həyat yoldaşı ilə onun barışdırılmasını istəyir. Təcili olaraq onun həyat yoldaşı və azyaşlı uşaqları hadisə yerinə gətirilsə də, o hələ də fikrindən daşınmayıb.

Qeyd edək ki, mesxeti türkü olan və Sabirabaddan gələrək Qobustanda məskunlaşan Əfrayıl Əhmədov orada fəhləliklə məşğuldur./apa/
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber