Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2014

Rus xüsusi təyinatlıları Ukrayna hərbçilərini mühasirəyə aldı

Donetskdəki separatçılar və Rusiya xüsusi təyinatlıları Drujovka kəndi yaxınlığındakı Ukryana hərbçilərindən ibarət maşın karvanını mühasirəyə alıblar.

Bu barədə “İnformasiya Müqaviməti” təşkilatının sədri Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb.

“Gecə saat 22:30-da Ukrayna hərbçilərinin maşın karvanı DYP əməkdaşları tərəfindən saxlanılıb və tez bir zamanda 500 nəfərlik dəstə tərəfindən mühasirəyə alınıb” deyə Tımçuk yazıb.

Onun sözlərinə görə, dəstənin tərkibində rus hərbçiləri də olub: “Rus hərbçilərinə Rusiya ordusunun Krımdakı xüsusi təyinatlılarının başçısı İqor Strelkov başçılıq edib. Digər hərbçilərdə Rusiya xüsusi təyinatlı dəstəsinə məxsus olduqlarını etiraf ediblər. Daha sonra Ukrayna hərbçiləri azad olunublar”.

Onun sözlərinə görə, Cenevrədəki danışıqların başa çatmasından sonra rus hərbçiləri Rusiya ordusuna aid olduqlarını təksizb ediblər.
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber