Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Hərbi hissələr Gəncədən köçürülür

Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq.

Bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib.

E. Vəliyev deyib ki, ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək.

İcra başçısı qeyd edib ki, bu ilin sonuna kimi 6, gələn il isə 5 hərbi hissənin köçürülməsi planlaşdırılır.

E. Vəliyevin sözlərinə görə, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək./apa/
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35