Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Deputatlar kotlet dalınca qaçmışdılar

Milli Məclisin aprelin 18-dəki iclasında cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə bir sıra maraqlı təkliflərlə çıxış edib. Məhkəmə sisteminin qüsurları olduğuna diqqət çəkən millət vəkilinə YAP-çı deputat Siyavuş Novruzovun cavabı isə xüsusi ilə maraqlı olub. Amma bu dəfə Siyavuş Novruzov "Molotov kokteyli" ilə kotleti səhv salıb.
Milil Məclisin bu günkü iclasının gündəliyi yenə də sıx idi. Deputatlar həm Hesablama Palatasının hesabatını müzakirə etməli, həm də gündəlikdə duran 7 qanun layihəsinə düzəlişlərə baxmalı idilər. Əlbəttə ki, cari məsələlər də öz yerində.

İqbal Ağazadənin məhkəmə sisteminin yarıtmaz fəaliyyətinə yönələn çıxışı da məhz cari məsələlər fonunda səsləndi. Deputat bu gün Azərbaycanda gənc insanlara,- hansı ki, nə adam öldürüblər, nə də oğurluq ediblər,- sadəcə siyasi baxışlarına görə 7-8 il iş kəsilməsini "dəhşət" adlandırdı və Milil Məclisin "Amnistiya haqqında" qanun hazırlamasının vacibliyinə toxundu.
Deputat Siyavuş Novruzov isə görünür, İqbal Ağazadənin cavabını verməyə tələsdiyindəndir ki, dili dolaşdı.
Siyavuş Novruzovun kokteyllə kotleti qarışdırması ancaq jurnalistlərin dodağını qaçırtdı. Çünki bu çıxış zamanı deputatların əksəriyyəti deyəsən, elə kotlet dalınca qaçmışdılar. Parlamentin yeməkxanasından gələn qoxu ən azı məndə bu təəssüratı yaratdı.

Zalda olanların başı isə söhbətə qarışmışdı. Ona görə də yenə səsvermə zamanı yetərsayı yetərli etmək üçün yetərincə cəhdlər oldu. Türklər demişkən, ən çox çaba göstərən də Milil Məclisin operatoru Akif idi. Onun "fədakarlığı" sayəsində gör neçə deputat kotleti arın-arxayınlıqla həzm-rabedən keçirdi.
Akifin öz işindən məmnun qaldığı göz qabağında idi. Elə parlamentin fəailyyəti də. Ona görə də daha başınızı ağrıtmaq istəmirəm. Amma ürəyimdən keçən bir təklifi mütləq səsləndirmək istəyirəm. Milli Məclisdə boş qalan üç deputat yerindən birinə Akif namizədliyini versin. Ondan əla deputat çıxar. Ən azı başqalarından fərqli olaraq yerində oturub düyməni basa bilər ki.../anstv/
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42