Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

19 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 9-12, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...