Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

“Apple”dan yeni planşet

"Apple” şirkəti oktyabrın 22-də "iPad” planşetlərinin yeni nəslini təqdim edib

Yeni "iPad” planşetinin ekranın diaqonalı əvvəlki kimi 9,7 düymdür, lakin əvvəlki aparatlarla müqayisədə 1,9 mm daha nazik və çəkisi 28% daha yüngül olub.

Planşet "iPad Air” adlanır. Amerika şirkətinin indiyə qədər istehsal etdiyi 9,7 düym planşetlər sadəcə "iPad" adlanıb.
Qurğu görünüşcə 2012-ci ilin payızında "Apple” şirkəti tərəfindən təqdim edilmiş 7,9 düymlük "iPad mini” planşetinə oxşayır.

"iPad Air” planşeti 64 bit "Apple A7” prosessoru ilə təchiz edilib.
"Apple” şirkətindən bildirilib ki, planşet 8 dəfə daha sürətli işləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, qrafikanın məhsuldarlığı 72 dəfə artıb.


Planşetin "Wi-Fi” modulu ilə təchiz edilmiş versiyası 499 dollar və mobil modulla təchiz edilmiş versiyası isə 629 ABŞ dollar olacaq. Qurğu qara və gümüşü rənglərdə tədarük olunacaq.

"iPad Air” noyabrın 1-də satışa çıxarılacaq. Yeni qurğunu 40-dan çox ölkədə satın almaq mümkün olacaq.

ICTnews
2185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi