Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Gündüzlərimizi zindan edib gecələrimizə qənim kəsilənlər

İldən-ilə qeyri-qanuni yollarla sərvətlərinin miqyasını artıran, var-dövlətləri sərhəd tanımayan bəzi məmurların balalarının qudurğanlığı ölçüyəgəlməz dərəcədədir
Təəssüf ki, bir çoxları barəsində ciddi tədbirlər görülsə də, oliqarx-məmur övladları harınlıqlarını davam etdirirlər. Hələ də məmur övladlarının özbaşınalıqları ilə bağlı müxtəlif xəbərlər gəlir. Hətta ayrı-ayrı rəsmilərin məmur övladlarına xəbərdarlıqları da bəzi hallarda nəticə vermir. Əksinə, bir sıra yüksək vəzifəli şəxslərin balalarının özbaşına hərəkətlərinin davamlı olacağı görünür. Məmur övladlarının özbaşınalıqları haqda mətbuatda çox yazılsa da, bununla bağlı çoxsaylı faktlar mövcud olsa da, baş verənlər vəziyyətin düzəlmədiyini göstərir.
Bu günədək istisnalarla bəzi yüksək ranqlı şəxslər övladlarının qudurğan hərəkətinə görə cəzalandırılsalar da, sübutlar göstərir ki, görüləsi işlər çoxdur. Əfsuslar olsun ki, bəziləri bir az pul, şan-şöhrət görəndə lap qudurmağa başlayır. Ataların bir sözü var - qudurmaq 40 gün çəkir. Lakin bəzən 40 il çəkir, qurtarmaq da bilmir. Bu bəzən qandan, genetikadan gəlir. Şübhəsiz ki, qudurğanlıqda pul çoxluğu şərtdir. 
Qeyd edək ki, məmur balalarının gecə həyatı bir sıra faciələrin yaranmasına, sadə vətəndaşların rahatlığının pozulmasına səbəb olur. Paytaxtda nə qədər imkanlı gənc varsa, hamısı gecə saatlarında klublara yığışır. Onların arasında məmur övladları kifayət qədərdir. Axşam saat 20-dən sonra obyektlərin qarşısında bahalı avtomobillər peyda olur. Belə yerlərdə bir dənə də sadə maşın tapmaq mümkün deyil. Bir sıra məmurların övladları əksər vaxt belə yerlərə qızlarla gəlirlər. Çay, spirtli içkilər içib, qəlyan çəkən gənclər keflənərək küçədən keçən insanlara söz atmaqdan belə çəkinmirlər. Düzdür, sadə vətəndaşlar arasında da kimisi kafedə dalaşır, başqasını bıçaqlayır, kimisi oğurluq edir, bir başqası dava salır. Amma məmur övladlarının buna ehtiyacı yoxdur, hardansa oğurluq etmirlər. Çünki imkanları böyükdür, çadəcə, cəzasızlıq hissi keçirirlər. Elə məmur övladları var ki, davranışlarında psixi gərginliklər yaşanır. Ayrı-ayrı əyləncə obyektlərinin yerləşdiyi ərazilərə yaxın binalarda yaşayan sakinlər səs-küy səbəbindən hər gün narahatlıq keçirirlər. Spirtli içkilərin təsiri ilə sərxoş olan gənclər etikadan kənar ifadələr işlədərək ətrafdakıların rahatlığına mane olur. Ailəvi istirahət mərkəzi adı ilə fəaliyyət göstərən bəzi obyektlər öz məqsədlərini həyata keçirərək məmur balalarının hesabına varlanır. Bir çox obyektlər heç ailəvi istirahət mərkəzi deyil. Sadəcə, ayrı-ayrı obyektlərin rəhbərləri belə reklam vurmaqla hüquq-mühafizə orqanlarının diqqətini yayındırmağa çalışır.
Gündüzlərimizi zindan edib gecələrimizə qənim kəsilənlər
Yüngül həyat tərzi keçirən bir sıra yüksək vəzifəli şəxslərin əyləndikləri obyektlərin adı yalnız və yalnız əxlaqsızlıq yuvası ola bilər. Varlı və məmur balalarının toplaşdığı belə məkanlarda heç vaxt sakitlik olmur.
Əslində hüquq-mühafizə orqanları gecə klublarının, barlarının, şəhərdə fəaliyyət göstərən buna bənzər nə qədər obyekt varsa, hamısına nəzarəti artırmalı və hansında cinayət hadisələri qeydə alınırsa, onların fəaliyyətini yoxlamalıdır.
Bir sıra məmur balalarının özbaşınalıqları yalnız bunlarla yekunlaşmır. Araşdırmalarımız zamanı məlum oldu ki, onların «avtoşluq» etmələri də, saysız-hesabsız faicələrə yol açır. Xatırlayırsınızsa, bir müddət əvvəl Kürdəmirdə Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi. Rayon sakini 1997-ci il təvəllüdlü Rahmi Sadıqzadə "Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada Şükufə Hümbətovanı vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçindi. Avtomobil 16 yaşlı oğlanın babasına məxsus idi. Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törətdi. Qəza törətmiş şəxs Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğludur. Baş Dövlət Yol Polis idarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Hikmət Kərimovun jurnalistlərə verdiyi məlumata görə, baş verən qəza zamanı piyadanın cəsədi bir neçə hissəyə parçalanıb. Quba bələdiyyəsi sədrinin oğlu da qəza törətdi. Qəza Bakı-Quba yolunun 167-ci kilometirliyində baş verdi. Bəhram Əliyev idarə etdiyi "Mercedes” markalı avtomaşınla 45 yaşlı İmran Əliyevi vurdu. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçindi. Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan "Mercedes” piyadanı vurduqdan sonra yol kənarında olan evlərdən birinin hasarına dəyib, daha sonra yol kənarına keçərək iki mağazaya da ciddi ziyan yetirib.
Sürücü xəsrət aldığından onu rayon xəstəxanasına aparıblar. Həmin gənc Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğludur. Bərdə şəhərinin icra nümayəndəsinin oğlu da qəza törətdi. Bərdə şəhərində Hüsü Əliyev küsəsində "Mercedes” markalı avtomobillə "Qaz- 24”markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb.
"Mercedes”in sahibi Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin oğludur. Bu qəbildən olan hadisələr saysız-hesabsızdır. Faktlar göstərir ki, bəzi məmurlar gündüzlər, onların övladları isə gecələr vətəndaşların rahatlığını pozur. Çünki bir sıra şəxslər hələ də cəzasızlıq mühitindədirlər./politika/
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber