Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

İsa Qəmbər “kotlet” mövzusuna toxundu

İsa Qəmbər “kotlet” mövzusuna toxundu“Kotlet mövzusu Markesin ölümü mövzusunu üstələyib”

“Sosial şəbəkələrin Azərbaycan bölümündə kotlet mövzusu NİDA-çıların həbsi və Markesin ölümü mövzularını üstələyib”.

Bu sözləri Müsavat başqanı İsa Qəmbər facebook-dakı statusunda
yazıb.
İ.Qəmbər mövcud durumu 1993-cü ildəki vəziyyətlə müqayisə edib:

“Son iki mövzuya fikir bildirdiyim və siyasi məhbuslar azad olana qədər diqqətimizdə olacağı üçün burda kotlet məsələsinə toxunmaq istəyirəm:

Mən bu kotlet söhbətini sadəcə dil sürüşməsi hesab etmirəm. Kotlet "bunların" alt şüurundadı, gizli arzularındadı. 1993-cü ildə iyun qiyamından sonra "gənc" bir şair peyda olmuşdu ölkədə, təxminən 75 yaşda bir universitet müəllimi(!)

Balaca bir şeir kitabı nəşr etdirmişdi, şeirlərin çoxunda Elçibəyi və məni sərt tənqid edirdi, H.Əliyevi və S.Hüseynovu səxavətlə mədh edirdi. Amma, siyasətdən kənar şeirləri də vardı. Birini qonşusuna həsr etmişdi. Və orda mənim heç zaman unutmayaçağım müdhiş poetik belə bir beyt vardı:

"Nə gözəl insandır qonşumuz Hamlet,
İçdiyi araqdır, yediyi kotlet."
"Gənc" şair, "təcrübəli" deputat, görək üçüncü kim olacaq”.
1740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber