Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Xəstəxananın həyətində körpə meyiti tapıldı

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb.

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər.

Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı