Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Bərbər özünü 8-ci mərtəbədən atdı

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yerləşən binalardan birinin 8-ci mərtəbəsində yaşayan, 1962-ci il təvəllüdlü Rövşən Qəzənfər oğlu Məmmədov özünü yaşadığı evin eyvanından atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

R. Məmmədovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun bərbərliklə məşğul olduğu, intihar etməzdən əvvəl isə sərxoş vəziyyətdə evə gəldiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber