Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video-görüntüsü yayılıb - Video

“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasına daxil olan azərbaycanlı döyüşçülər Fərat çayı sahilində ələ keçirdikləri ərazini nümayiş etdirir, tezliklə xilafət elan edəcəklərini bildirirlər

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video-görüntüsü yayılıb.

“İraq Şam İslam Dövləti” silahlı qruplaşmasına daxil olan azərbaycanlı döyüşçülər Fərat çayı sahilində ələ keçirdikləri ərazini nümayiş etdirirlər.

Suriyada artıq böyük ərazilərin “İraq Şam İslam Dövləti”nin nəzarəti altına keçdiyini qeyd edən azərbaycanlı döyüşçülər tezliklə elan edəcəkləri xilafətin Su Elektrik Stansiyasının, evlər idarəsinin, çörək zavodunun, şəriət məhkəməsinin və polisinin yaradıldığını bildirirlər: “Bütün bu nemətləri bizə verən Allahdır və ona şükür edirik. Nəzarətimizdə olan torpaqlarda sərhədlərimizi müəyyənləşdirmişik və qısa zamanda öz xilafətimizi elan edəcəyik”.

Görüntülərdə “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının top-artilleriya taqımının komandirinin Topçubaşov familiyalı azərbaycanlı olduğu bildirilir və həmin şəxs xüsusi olaraq təqdim edilir.

Bundan başqa, video-görüntüdə təqdim olunan “Abuzər” adlı azərbaycanlının bundan əvvəl Çeçenistanda, Əfqanıstanda vuruşduğu, hazırda isə Suriyada döyüşlərə qatıldığı qeyd olunur.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb.

Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/




1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42