Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Yeraltı dünya sakinlərinin yerüstü problemləri

Metro keçidlərindən çıxarılan ticarətçilər hökuməti vədinə xilaf çıxmaqda ittiham edir

Onların kredit borclarını müvəqqəti dondurmaq istəyi yerinə yetirilmədi

Bakı Metropoliteninə Zaur Hüseynovun rəhbər təyin olunması yeraltı dünyanın halını dəyişdirdi. Kimisinə yeraltı dünya işıqlı, kimin üçünsə zülmət bir yeri xatırladır. Metropolitenin stansiyalarında (“20 Yanvar” istisna olmaqla - red.) ticarət qadağan edildi. Dükanlar söküldü, satıcılara alternativ yerin veriləcəyi vəd edildi. Bununla razılaşmayan ticarətçilər bir neçə dəfə qurumun ofisi qarşısında aksiya keçirdilər.
Satıcıların metro rəhbərliyindən, eləcə də hökumətdən bir neçə tələbi vardı; Onların gedəcəyi ticarət mərkəzlərində bir neçə ay yer haqqınıverməmək, təmir adıyla onlardan alınan 1000-1500 manat pulu geri qaytarmaq, banklara olan borclarınıbir müddətlik dondurmaq. Əvvəlcə zərərçəkənlərə söz verilsə də, sonradan bu tələblər qulaqardına vuruldu.
Keçmiş metro ticarətçiləri: “Bizə heç bir güzəşt tanınmadı”

Metronun “28 may”, “Xalqlar dostluğu”, “Inşaatçılar”, “Neftçilər”, “Əcəmi” stansiyasiyalarında ticarətlə məşğul olan satıcılar yaxınlıqdakıayrı-ayrıdükanlara və ticarət mərkəzlərinə pənah gətiriblər. Alıcıların azlığından şikayətlənən ticarətçilər deyirlər ki, onlara heç bir güzəşt tanınmadı: “Bizə təklif olunan yerlər normal deyildi. Orada alver olmayacaqdı. Bizə ”Keşlə" bazarınıdeyirdilər. Orada kartof-soğan satırlar, camaat bizdən pal-paltar alandı? Təklif edilən yerlərə getməkdənsə, metronun yaxınlığında yer götürdük. Burada zəif də olsa alver etmək mümkündür. Daimi bizimlə işləyən alıcılara görə yaxınlığıseçmişik. Başqa çarəmiz yoxdur. Hökumət təkliflərimizin heç birini yerinə yetirmədi. Banklara borcumuz var deyə məcbur olub buranıseçdik".
“Nərimanov”dan köçən ticarətçilər sözügedən stansiyanın yaxınlığında yeni açılmış “Metro” ticarət mərkəzində yer götürüblər. O qədər böyük olmayan bu mərkəzə hələ ki, başqa yerlərdən gələn olmayıb.
“Metrolarda alverə icazə verilmədiyindən hərəmiz bir yana getdik. Bir müddət işlədik, heç nə əldə etmək mümkün olmadı. Çünki ”Nərimanov" bizə daha uyğun yer idi. Sonda belə qərara gəldik ki, belə bir yer götürək", - deyə satıcılar bildirirlər.

Onların sözlərinə görə, yeni ticarət mərkəzində yalnız 30-32 dükan var: “Bura əvvəllər kafe olub. Indi ticarət mərkəzinə çevirilib, o qədər də böyük yer deyil, dükanların sayıazdır. Yeni olduğu üçün hələ ki, tam hazır deyil. Bütün ticarətçilər köçməyib. Alıcılar azdır, indi-indi toplamağa başlayırıq. Çoxunun burdan xəbəri yoxdur”.
Satıcılar BŞIH-i təkzib edir

Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov metro ticarətçiləriylə bağlımətbuata maraqlıaçıqlama verib. Deyib ki, metro ticarətçilərinin böyük əksəriyyətinin “Sədərək” və “Binə” Ticarət mərkəzlərində alternativ obyektləri olub".
Onun sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin 10 faizi qurumun təklif etdiyi yerlərdə işlə təmin olunub, ancaq 90 faizi obyektlə əlaqədar müraciət etməyib: “Yəni bu faktın özü də göstərir ki, sahibkarların Metropolitenin piyada keçidlərində olan yerləri son sığınacaq yerləri deyil. Sahibkarların ”Binə" və “Sədərək” ticarət mərkəzlərində yerləri olduğundan, onlar bizə müraciət etmədilər. Yalnız 10 faiz, daha imkansız, yeri olmayanlar müraciət edib və biz də onlarıyerlə təmin etmişik. Bundan sonra da müraciət edən olarsa, onlarıyerləşdirə bilərik".
Ə.Bağırov qeyd edib ki, “Metro” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların bir qismi öz xətti ilə bura gəlib və onların sözügedən ticarət mərkəzində yerləşdirilməsi BŞIH-in səlahiyyətində deyil.

BŞIH-in sözçüsünün dedikləriylə bağlıda satıcıların fikirlərini öyrəndik. Bizimlə söhbət edən “Laçın” ticarət mərkəzində yer götürən Vüqar adlısatıcıdeyilənlərin həqiqəti əks etdirmədiyini bildirir. Onun sözlərinə görə, metroda çalışan ticarətçilərin əksəriyyəti mallarıtopdansatış yer kimi tanınan “Binə”dən, “Sədərək”dən alırlar: “Mən özüm də ”Binə"dən, “Sədərək”dən mal alırdım. Çünki “optovoy” yer kimi ora çox ucuz idi. Mənim kimi yüzlərlə metroda alver edən satıcıoralara üz tuturdu. Bu o demək deyil ki, kiminsə orada dükanıvar. Mən icra hakimiyyətinə müraciət etmədim. Dost-tanışdan eşitdim ki, “A.M.A.Y.”-ı, “Keşlə”ni, “Şərq bazarı”nısatıcılara təklif edirlər, buna görə də heç yerə müraciət etmədim. Müraciət etmirəmsə, bu mənim “Binə”də, yaxud “Sədərək”də dükanlarımın olmasıanlamına gəlməməlidir".

Başqa bir satıcı, metronun “28 may” stansiyasının yaxınlığındakıyeraltıticarət mərkəzində yer götürən Babək Həmzəyev də çarəsizlikdən bura üz tutduğunu deyir.
“Məcbur idim. Işləmək, evə çörək aparmaq lazımdır. ”Binə"də yer götürmək istədim, ancaq yer haqqıbaha olduğundan bu fikrimdən daşındım. Üstəlik, orada işləmək, o biri sahibkarlarla ayaqlaşmaq üçün yaxşıpulun olmalıdır. Bura elədir ki, 2-3 min manatın varsa, başınıdolandıra bilirsən", - deyə Babək Həmzəyev bildirir.

Onun sözlərinə görə, indi işlədiyi ünvanda yer haqqımetrodan bahadır: “Metroda 700 manat yer haqqıödəyirdim, burada yarıyerə 1100 manat verirəm. Kənar olduğu üçün ucuzdur. Mərkəzdə götürsəm, 2000 ödəməliyəm. 2 min manata gücüm çatmır, küncdə isə alver yoxdur. Gözləyirik görək nə olur”./azadlıq/
1737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23