Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

"Əl-Qaidə" döyüşçülərinə zərbə

Yəməndə aviazərbə nəticəsində 13 döyüşçü öldürülüb

Yəmənin Əl-Beydə əyalətində aviazərbə nəticəsində "Əl-Qaidə" terror təşkilatının üzvü olduğu ehtimal edilən 13 döyüşçü həlak olub. Bu əyalət "Əl-Qaidə"nin Yəməndəki əsas istinadgahı hesab edilir.

Aviazərbənin hədəfi döyüşçülərin hərəkət etdiyi avtomobillər olub. Bəzi məlumatlara görə, yaxınlıqdakı avtomobildə hərəkət edən 3 mülki şəxs də aviazərbənin qurbanı olub.

Aviazərbənin Yəməndə döyüşçülərə qarşı əməliyyatlarda tez-tez istifadə olunan Amerika pilotsuz təyyarəsi vasitəsilə həyata keçirildiyi ehtimal edilir.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45
H