Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Ermənilər Laçında xalça sexi açırlar

İşğal etdikləri torpaqlarımızdan qovduqları soydaşlarımızın evlərindən taladıqları xalçaları “erməni xalçası” adı altında xaricə satıb qurtarmış ermənilər indi də özləri xalça toxumağa başlayıblar.

Erməni saytlarının verdiyi məlumata görə, ötən il Xankəndidə “Qarabağ Karpet” xalça toxuculuğu kompaniyası yaradılıb. Kompaniyanın direktoru Sevak Xaçaturyan deyir ki, artıq Xankəndidə, Şuşada və Xocavənddə açılmış xalçaçılıq sexlərində 150 qadın çalışır. Aprelin sonunda Laçında da xalçaçılıq sexinin açılışı gözlənilir. Xalçanın hər kvadrat metrinə görə toxuculara 60 min dram (təxm. 120 dollar) ödənilir.

S.Xaçaturyan Qarabağ xalçalarının artıq Finlandiya, Norveç, Böyük Britaniya turistləri tərəfindən alındığını bildirib. 2014-cü ildə İrəvanda və ABŞ-ın Los-Anceles şəhərində “Qarabağ Karpet” kompaniyasının brend mağazaları açılacaq.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...