Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Hizbullah əsgərinin Həzrəti İsaya (ə) hərbi salamı - Foto

Sonradan bu fotodakı şəxsin Əl-Mənar telekanalının Suriyada çəkilişlər apararkən şəhid olan operatoru Məhəmməd Məntəş olduğu məlum olub

Hizbullah əsgərinin Həzrəti İsanın (ə) timsalı qarşısında dayanaraq hərbi salam verməsi xristianlar tərəfindən alqışla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan fotoda çiynində Hizbullah bayrağı olan bir əsgər Həzrəti İsanın (ə) Dəməşq yaxınlığında Saydanay məbədində yerləşən timsalı qarşısında hərbi salam verərək ona ehtiram edir. Bir çox xristian alimləri bildiriblər ki, bu foto Hizbullahın bölgədə bütün dinlər və müqəddəs məkanların təhlükəsizliyi üçün təminatçı olduğunu göstərir. 



Sonradan bu fotodakı şəxsin Əl-Mənar telekanalının Suriyada çəkilişlər apararkən şəhid olan operatoru Məhəmməd Məntəş olduğu məlum olub. Sosial şəbəkələrdə fotoya şərh yazanlar Qurani-Kərimin bu ayəsini də xatırladıblar: 



"Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona (öz dininə) yardım edənlərə mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir." Həcc surəsi, 40./interaztv.com/
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55