Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Evsiz, işsiz və vaqonsuz Qarabağ əlili

42 yaşlı Rövşən Salahov 1992-1993-cü illərdə Ağdərə uğrunda gedən döyüşlərdə  bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alır və ona 2011-ci ildə II qrup əlillik dərəcəsi verilir.

IMG_3143-625x450

2000-ci ildə Rövşən bəyin ailəsi ilə birgə yaşadığı Goranboy rayonu Qaradağlı kəndində yerləşən evi köhnə olduğundan uçur. Bu hadisədən sonra ailə Bakıya köçür və Abşeron rayonu Atyalı qəsəbəsində vaqonda məskunlaşır.

IMG_3149-724x450

Bu vaqon 4 nəfərlik ailə üçün iki kiçik otaqdan ibarətdir. Rövşən bəy deyir ki, ilk illər yaşadıqları vaqon yandığı üçün onlar sonradan bu vaqona köçüblər. Yanmış vaqon isə ailənin həm mətbəxi, həm də hamam otağıdır.

Ailənin həm mətbəxi, həm də hamam otağı

Ailənin həm mətbəxi, həm də hamam otağı

 

Ayaqyolu

Ayaqyolu

Rövşən Salahov:

Mən evə görə çox çətinlik çəkirəm. Evim yoxdur. Goranboy rayonu Qaradağlı kəndində olan evim uçubdur. Bütün evin nə əşyaları varsa, hamısı altında qalıb. Yalnız canımı götürüb, yoldaşımı, uşaqlarımı götürüb buraya gəlmişəm. Vəziyyətim də çox pisdir, yaralarım da ağrıyır. Tikişlərin yerləri, saplara bu dəqiqə əl vurum, saplar çölə çıxır.

Rövşən bəy evi uçduqdan sonra Goranboy Rayonu İcra Hakimiyyətinə müraciət etdiyini bildirir. Ancaq ona hökümətin Qarabağ əlillərinə verdiyi ev növbəsini gözləmək tapşırılır. Ailə 14 ildir ki, ev növbəsini gözləyir.

Rövşən Salahov

Rövşən Salahov

Rövşən Salahov:

Mən Goranboyun İcra hakimiyyətinin birinci müavininə müraciət etdim. Mənə dedi ki, mən ev vermirəm. Əlillər Cəmiyyətinin üzvü var idi. Mamed müəllim adlı bir adama zəng edib, məni onun yanına yolladı. O, da dedi ki, biz ev vermirik. Oçereddə (növbə) neçənci adamsan, o vaxtı da gəlib evini götürərsən. Mən də oçeredə baxdım, 146-cı adamam. 146-cı adama da bundan sonra da gərək 20 ilə, 10 ilə o ev tikilə, mən onu görəm ya görməyəm.

Rövşən bəyin həyat yoldaşı Vüsalə Salahova Bakıya övladları körpə ikən gəldiklərini və onları bu vaqonda böyütdüyünü deyir. Ailənin tək gəlir yeri Rövşən bəyin əlilliyə görə aldığı 155 manat təqaüddür. O deyir ki, bu məbləğ nə həyat yoldaşının müalicəsinə nə də övladlarının yaxşı təhsil almasına kifayət edir.

Rövşən bəyin həyat yoldaşı Vüsalə xanım

Rövşən bəyin həyat yoldaşı Vüsalə xanım

Vüsalə Salahova:

Vallah, heç Rövşənin aldığı pul dərman pulu eləmir. Bir də baxırsan heç müalicəyə getmir, imkan edə bilmir. Oğlum neçə gündür gəlib deyir ki, mən oxumaq istəyirəm. İmkan edib onu heç hara göndərə bilmirəm. Uşaqların gələcəyindən də oluram, hər şeydən də.

Hazırda, ailə 14 ildir yaşadığı bu vaqonu da itirmək təhlükəsi ilə üzləşib. Belə ki, vaqonun yerləşdiyi ərazi bir şirkət tərəfindən alınıb. Ailəyə isə ərazini tərk etmək tapşırılıb. Rövşən bəy deyir ki, vaqondan çıxmaq üçün onlara çox az vaxt qoyulub. Amma onların yaşamaq üçün bu vaqondan başqa yerləri yoxdur.

Ailənin yataq otağı

Ailənin yataq otağı

Rövşən Salahov:

Bilmirəm vallah hansı şirkətdir, kimdir alan bilmirəm. Kimdirsə o gün gəlib dedi ki, 2 günə, 3 günə çıxın. Deyirəm hara çıxım? Deyir bilmirəm hara çıxırsansa, çıx. Kirayə çıxacaqsan, kirayə 200 manatdır. Mən öz pensiyamı (təqaüd) kirayəyə verim? Bəs mən nə yeyim? Öz müalicələrim qalıb, dərmanlarım qalıb. Öz dərmanlarımı almaq heç, pensiya ilə heç uşaqları idarə etmək olmur. Uşaqların da yanında gözü kölgəliyəm. Ona görə ki, heçnə etməmişəm onlara görə. Bu vətənə görə canımı qoymuşam. Amma… nə bilim….

Vüsalə xanım deyir ki, ev problemləri həll olunmadığı üçün övladları atalarından narahatdır. Və onların son ümid yerləri hökümətdir.

Vüsalə Salahova:

Mənə burdan çıxmağa vaxt qoyublar. Bir həftədir ki, gəlib deyirlər çıxın. Bu gün də deyiblər çıxın. Mən uşağımı götürüb hara çıxım bu xəstə adamla? Əsəbidir, iki gündən bir deyir ki, özümü yandıracam. Uşaqlar da böyükdür. Üstünə düşürlər ki, ata elə eləmə, belə eləmə./724news/

1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber