Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Kürdəmirdə sərnişin sürücüyə 12 bıçaq zərbəsi vurdu

Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12 bıçaq zərbəsi vurub.

Kürdəmir rayonunda Ağcabədi sakinləri arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Hadisə Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində, minik maşınında olub. Ağcabədi rayon sakini 26 yaşlı Məmmədov Xəyal şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı sərnişini 19 yaşlı Əliyev Qulu ilə arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla sürücü Xəyal Məmmədova bədəninin müxtəlif nahiyələrindən 12 bıçaq xəsarəti yetirib.

Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun vəziyyəti hazırda ağır olaraq qalır.

Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır./ans/
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP